Cənubi Afrika əsassız məhdudiyyətlərə qarşı çıxır

   Cənubi Afrika əsassız məhdudiyyətlərə qarşı çıxır
  30 Noyabr 2021    Oxunub:697
Dünya əsasən inkişaf etməkdə olan ölkələrə ziyan vuran COVİD-19-la bağlı gediş-gəlişə qoyulan əsassız və qeyri-elmi məhdidiyyətlərə qarşı çıxmalıdır. “Reuters” agentliyinin məlumatına görə, Cənubi Afrika respublikasının (CAR) prezidenti Siril Ramafosa belə bəyanat verib.
AzVision.az Cənubi Afrikada tapılan koronavirusun “Omicron” variantına dünyanın siyasi elitası həyəcanlı reaksiya sərgiləyib. Bir sıra ölkələrdə xaricə gediş-gəlişə yenidən məhdudiyyətlər tətbiq edilməyə başlanıb.

Cənubi Afrika öz növbəsində onu koronavirusun yeni variantlarını ən ilkin mərhələdə müəyyənləşdirməkdə sərgilədiyi bacarığına görə cəzalandırıldığını bildirib. Nəticədə isə qadağalar və məhdudiyyətlər ölkənin turizm və digər sahələrinə ziyan vurmaq təhdidi yaradır.

- Biz iqtisadiyyata və iqtisadiyyatın səyahətlərdən asılı olan sektorlarına ziyan vuran, gediş-gəlişlərə qadağa qoyan əsassız və qeyri-elmi məhdudiyyətlərə qarşı çıxmalıyıq, - Siril Ramafosa Dakarda keçirilən Çin-Afrika sammitinin açılış mərasimində deyib.

Sammitə ev sahibliyi edən Seneqalın prezidenti Maki Salli Afrikanın Cənubi Afrika ilə həmrəy olduğunu və öz qapılarını Cənubi Afrikanın üzünə bağlamayacağını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Omicron   Afrika  





Xəbər lenti