Bu il 164 qazi ən müasir elektron protezlə təmin edilib

   Bu il 164 qazi ən müasir elektron protezlə təmin edilib
  30 Noyabr 2021    Oxunub:680
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında əlilliyin qiymətləndirilməsi işlərindən bəhs olunub.
Bu barədə AzVision.az - a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu ilin ötən dövründə 51 minədək şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsinin verildiyi, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti