"NATO Rusiya ilə sərhəddə hərbi texnikalar yığır"- Lavrov

"NATO Rusiya ilə sərhəddə hərbi texnikalar yığır"-   Lavrov
  30 Noyabr 2021    Oxunub:841
Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun Rusiya sərhədlərinə hərbi texnika topladığını bəyan edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məqalədə qeyd edilir ki, ABŞ və onun alyansdakı müttəfiqləri son vaxtlar Qara dənizdə hərbi fəallığını xeyli artırıb.
- Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ Rusiya sərhədləri yaxınlığında qoşun qruplaşmaları yaratmağa çalışır və Vaşinqtonun məqsədlərindən biri də Ukraynanın hərbi istiqamətdə inkişaf etdirməkdir. Nazirlik hesab edir ki, ABŞ Donbassdakı münaqişənin hərbi yolla həlli edilməsini araşdırır-,məqalədə yazılıb.
Lavrov isə qeyd edib ki, Qərb çoxdandır ki, Ukraynanı anti-Rusiya hərəkətlərinə təhrik edir.
- Kiyevin hərbi avantüraya girəcəyini istisna edə bilmərik, bu, Rusiyanın təhlükəsizliyinə təhdid yaradır, - XİN başçısı deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti