Türkiyənin müdafiə naziri Zakir Həsənovla Elçin Quliyevə zəng edib

   Türkiyənin müdafiə naziri Zakir Həsənovla Elçin Quliyevə zəng edib
  30 Noyabr 2021    Oxunub:588
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə telefon danışıqları olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, H. Akar hərbi helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib: “Hulusi Akar dost və qardaş Azərbaycan xalqına da başsağlığı verib”, - bildirilib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti