Prezident helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

 Prezident helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib
  30 Noyabr 2021    Oxunub:1189
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
AzVision.az-ın xəbərinə görə, başsağlığında deyilir:

"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"

AzVision.az


Teqlər:





Xəbər lenti