Yaponiyada da "Omikron" aşkarlandı

Yaponiyada da "Omikron" aşkarlandı
  30 Noyabr 2021    Oxunub:875
Yaponiyada ilk dəfə "Omikron" ştammı aşkarlanıb. AzVision.az xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun sözlərinə görə, Namibiyadan qayıdan 30 yaşlı kişi koronavirusa yoluxub. O, bazar günü Tokionun "Narita" Beynəlxalq Hava Limanına gələn zaman koronavirus testi müsbət çıxıb. Xəstənin test nümunələri Yoluxucu Xəstəliklər İnstitutunda araşdırılı və bunun "Omicron" ştammı olduğunu təsdiqlənib.

Onunla birlikdə səyahət edən iki ailə üzvünün də analizləri mənfi nəticə verib. Ailə karantinə alınıb.

Xatırladaq ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) fövqəladə iclas keçirərək Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni ştammının narahatlıq doğurduğunu bəyan etmişdi. Yeni ştam - B.1.1.529 - ÜST tərəfindən yunan hərfi "omikron" ilə adlandırıldı. Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri isə "omikron"un Ebola virusu ilə müqayisə edilə biləcəyini və delta ştammından da çox yoluxucu olacağını demişdi.Yeni ştamm təkcə Afrikanın cənubunda deyil, həmçinin Belçika, İtaliya, Almaniya, İsveçrə, Kanada, Hollandiya, Avstraliya, İngiltərə və digər ölkələrdə, eləcə də Honq-Konqda müəyyən edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ştam   Yaponiya  





Xəbər lenti