Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  30 Noyabr 2021    Oxunub:520
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 658 vaksin vurulub.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 034 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 28 616 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 527 605, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 079 349, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 566 911 nəfər təşkil edir. Ümumilikdə isə 881 345 buster doza vurulub.

AzVision.az



Teqlər: peyvənd  





Xəbər lenti