“Qaraheybət”də yaralanan hərbçilərin vəziyyəti açıqlanıb - VİDEO
30 Noyabr 2021
Oxunub:1359
“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması zamanı yaralanan iki nəfər hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) hospitalındadırlar”.
AzVision.az xəbər verir ki, bunu DSX-nin rəis müavini general-leytenant İlham Mehdiyev deyib.
Hadisə zamanı yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlunun vəziyyətindən danışan DSX rəisinin müavini deyib: “Onlar ayaq üstədirlər”. Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.