Helikopter qəzası ilə bağlı İstintaq qrupuna Sənan Paşayev rəhbərlik edir

Helikopter qəzası ilə bağlı İstintaq qrupuna Sənan Paşayev rəhbərlik edir
  30 Noyabr 2021    Oxunub:3535
"Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə yaradılmaqla onun icraatına verilib".
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov bu gün keçirilən brifinqdə deyib.

O həmçinin qeyd edib ki, istintaq qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib:

“Helikopterin düşdüyü ərazidə “qara qutu” aşkar edilərək, müvafiq qaydada qablaşdırılaraq götürülüb. Həmin sübutun tədqiqi peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək”.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti