Netanyahu: `Sülh danışıqlarının vaxtı müəyyənləşəcək`

Netanyahu: `Sülh danışıqlarının vaxtı müəyyənləşəcək`
  01 Aprel 2014    Oxunub:915
İsraillilər və fələstinlilər arasında sülh danışıqlarının gələcəyi yaxın günlərdə müəyyənləşəcək. AzVision.az xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib: “Danışıqların gələcəyi yaxın günlərdə müəyyən edilə bilər. Ya biz bu problemin həllini tapacayıq, ya da ki, sülh prosesi pozulmuş olacaq”.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri danışıqların ilin sonuna kimi uzadılmasına nail olmağa çalışır. 2013-cü ilin iyun ayında başlanan danışıqlar 9 aydan sonra başa çatmalı idi. Lakin bu müddət ərzində tərəflər sülh prosesində əhəmiyyətli tərəqqi əldə edə bilməyiblər.


Teqlər:  





Xəbər lenti