Türkiyə Prezidenti İlham Əliyevə başsağlığı verib

   Türkiyə Prezidenti İlham Əliyevə başsağlığı verib
  30 Noyabr 2021    Oxunub:747
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, Türkiyənin dövlət başçısı hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilər üçün başsağlığı verib.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti