Pakistan səfirliyi Azərbaycana başsağlığı verib

   Pakistan səfirliyi Azərbaycana başsağlığı verib
  01 Dekabr 2021    Oxunub:236
Pakistanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
AzVision.az -ın xəbərinə görə, bununla bağlı diplomatik nümayəndəliyinin rəsmi tviter səhifəsində paylaşım edilib.

“Azərbaycan helikopterinin faciəvi şəkildə qəzaya uğraması və 14 peşəkar hərbçinin həlak olması xəbəri bizi kədərləndirib. Allah şəhidlərin cənnətdəki məqamını uca etsin. Hüznlü ailələr və qardaş Azərbaycan xalqı üçün dua edirik”, - başsağlığı mətnində bildirilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

AzVision.az

Teqlər:







Xəbər lenti