Ceyhun Bayramov İsveçə gedib

   Ceyhun Bayramov İsveçə gedib
  01 Dekabr 2021    Oxunub:728
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Stokholma yola düşüb.
Bu barədə AzVision.az Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ceyhun-Bayramov   İsveç  





Xəbər lenti