ABŞ səfiri Azərbaycana başsağlığı verib

   ABŞ səfiri Azərbaycana başsağlığı verib
  01 Dekabr 2021    Oxunub:362
ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Dövlət Sərhəd Xidmətinin hərbi helikopterini qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində paylaşım edilib.

“Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir. Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: ABŞ   başsağlığı  







Xəbər lenti