Rusiya səfirliyi Azərbaycana başsağlığı verib

   Rusiya səfirliyi Azərbaycana başsağlığı verib
  01 Dekabr 2021    Oxunub:752
Rusiyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterini qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində paylaşım edilib.

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik.

Allah rəhmət eləsin", - səfirliyin paylaşımında qeyd olunub.

Pərvanə Sultanova
AzVision.az





Teqlər:





Xəbər lenti