“İmmunitet sertifikatı”nın müddəti necə uzadılacaq?

   “İmmunitet sertifikatı”nın müddəti necə uzadılacaq?
  01 Dekabr 2021    Oxunub:591
“İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində 1 doza vaksin ( bu, buster doza sayılır) vurdura bilər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzVision.az -a verilən məlumata görə, buster dozanı (bir doza) vurdurmaqla vətəndaşın “İmmunitet” sertifikatı müddətsiz olur.

Belə ki, əgər şəxs 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurdurursa, bu zaman o “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edir. Qeyd edildiyi kimi “Peyvənd sertifikatı” müddətsizdir.

AzVision.az


Teqlər: TƏBİB  





Xəbər lenti