Yunanıstan səfiri Azərbaycana başsağlığı verib

   Yunanıstan səfiri Azərbaycana başsağlığı verib
  01 Dekabr 2021    Oxunub:1584
Yunanıstanın Azərbaycandakı səfiri Nikos Piperigos Dövlət Sərhəd Xidmətinin hərbi helikopterini qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfir tvitter səhifəsində paylaşım edilib.

“Düşüncələrimiz Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xızıda baş vermiş və çox sayda insan həyatına son qoymuş helikopter qəzasının bütün qurbanları ilədir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq", - diplomat qeyd edib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo¬nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Yunanıstan-səfiri   Başsağlığı  





Xəbər lenti