Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib
Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nursultan Nazarbayev ümummilli lider Heydər Əliyevlə dostluğunu ehtiramla yad edərək qeyd edib ki, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycana bütün sahələrdə böyük nailiyyətlər qazandırıb. Nursultan Nazarbayev Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev və Nursultan Nazarbayev ölkələrimiz, xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə ediblər.
Telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib. Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.
AzVision.az
Teqlər: İlham-Əliyev