Qarabağdan daşınmış silahlar Ermənistdanda kriminogen durumu pisləşdirib

   Qarabağdan daşınmış silahlar Ermənistdanda kriminogen durumu pisləşdirib
  01 Dekabr 2021    Oxunub:1455
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda odlu silahlarla törədilmiş cinayətlərin sayı rekord həddə çatıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. “Joqovurd” qəzeti proseslərin təhlükəli xətt üzrə inkişaf etməsi barədə həyəcan təbili çalıb.
- 2021-ci ildə odlu silahla törədilən cinayətlərin sayı artıb. Bununla bağlı xeyli nümunə göstərmək olar. Abovyan küçəsindəki qətldən tutmuş, keçmiş deputat Artyuş Simonyanın şəxsi evində baş verən faciəyə qədər onlarla misal çəkmək olar. İlin məşhur cinayətlərindən olan keçmiş deputat Qaqik Melikyanın oğlunun atəşə tutulması, nəticədə onun dostunun öldürülməsi də ilin səs-küylü silahlı insidenti oldu. “Gloria” tikiş fabrikinin sahibinin qızının atışma nəticəsində həlak olması isə bir sıra mümmalar yaratdı. Təəssüf ki, bütün bu qalmaqallı qətllərin üstü tam şəkildə açılmayıb. Polisin fəaliyyətsizliyi göz önündədir. Hanı onların uğurlu fəaliyyəti? Qətllərin qarşısı niyə vaxtında alınmayıb?-məqalədə yazılıb.

Ermənistan polisinin rəis müavini Ara Fidanyan qəzetin qaldırdığı suallara belə cavab verib.

Ermənistanda daha bir qalmaqallı həbs
-Bir vacib halı qeyd etmək lazımdır. Biz hərbi vəziyyəti yenicə yüngülləşdirmişik və kriminoloji nöqteyi-nəzərdən aydın məsələ idi ki, Ermənistan respublikasında qanunsuz silah dövriyyəsi artacaqdı. Bu da əsasən qətllərin sayının artmasına səbəb olur. Qeyd etməliyəm ki, bu, çox kiçik statistik rəqəmlərdir və faktiki olaraq cinayətlərin qarşısının alınması, onların açılması üçün lazımi tədbirlər görülür. Belə hallar çoxdur ki, döyüş meydanından çıxan silahlar əhalinin əlinə düşüb və mütəmadi olaraq zəruri qabaqlayıcı tədbirlər görülür.

Qeyd edək ki, ötən il Vətən müharibəsi zamanı ağır məğlubiyyətə uğrayan Ermənistanda uzun müddət ictimai-siyasi proseslərlə bağlı xaotik durum yaşandı. Ermənistan polisi tez-tez vətəndaşlardan silah götürülməsi barədə xəbərlər yayır, yaxud da silahlı insidentləri elan edirdi. Yerli ekspertlər hələ də Qarabağda döyüşmüş erməni vətəndaşların zirzəmilərdə əl qumbarasından tutmuş, avtomata qədər saxlamasını istisna etmirlər.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Cinayət   Ermənistan   Silah  





Xəbər lenti