Amnistiya aktı ilə Bakıda azad edilən məhkumların sayı açıqlandı

Amnistiya aktı ilə Bakıda azad edilən məhkumların sayı açıqlandı
  01 Dekabr 2021    Oxunub:692
Bu günə kimi Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəməyə verilən təqdimatlar əsasında azad edilib.
AzVision.az xəbər verir ki, bunu Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq ismayılov deyib. Onun sözlərinə görə, 85 məhkumun cəzadan azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib:

"Cəzadan azad olunanlardan 473 nəfəri islah işləri cəzasına, 18 nəfər ictimai işlər cəzasına, 150 nəfər cərimə cəzasına, 25 nəfər azadlığın məhdudlşadırılması cəzasına məhkum olunan şəxslərdir. Amnistiya aktı əsasında cəzadan olunan məhkumlardan 92 nəfəri qadın, 558 nəfəri kişi, 47 nəfəri 60 yaşına çatan, 2 nəfəri isə Vətən müharibəsində iştirak edənlər olub".

Xatırladaq ki, ölkə üzrə bu gün 60-a yaxın məhkum cəzadan azad edilib.

Aytən Zəhra
AzVision.az

Teqlər: Məhkum  







Xəbər lenti