Qaradağda yaşayış binasında yanğın: Sakinlər təxliyə olunub

Qaradağda yaşayış binasında yanğın:    Sakinlər təxliyə olunub
  01 Dekabr 2021    Oxunub:738
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzVision.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub. Əlavə məlumat veriləcək.

***11.46***

Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

FHN-dən AzVision.az -a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***11.36***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

AzVision.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti