FTX genişmiqyaslı əməliyyat keçirib: 17 silah sexi aşkarlandı

FTX genişmiqyaslı əməliyyat keçirib:   17 silah sexi aşkarlandı
  01 Dekabr 2021    Oxunub:812
Rusiya Federal Təhlükəsizlik Xidməti(FTX) gizli silah istehsalı və satışı ilə məşğul olan xeyli sayda cinayətkarı həbs edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yayılan əməliyyat videosunda pulemyotlar, avtomatlar, soyuq silahlar, o cümlədən süngü və samuray qılıncları görüntülənib. Qeyd olunur ki, ümumilikdə əməliyyat nəticəsində Rusiyanın 21 regionunda 85 gizli "silah ustası" saxlanılıb.

Cinayətkarlardan RPK, AK-47 avtomatları, piyada əleyhinə minalar və əl qumbaraları da daxil olmaqla 353 ədəd yerli və xarici odlu silahlar götürülüb və 17 gizli sex ləğv edilib. Faktla bağlı cinayət işi başlanıb.



Tural Tağıyev
AzVision.az



Teqlər: Silah   Rusiya  





Xəbər lenti