Suriyanın birinci xanımından şəhid analarına dəstək -VİDEO

Suriyanın birinci xanımından şəhid analarına dəstək -VİDEO
  01 Aprel 2014    Oxunub:813
Suriyada "Analar günü" münasibətilə yayımlanan video çarxda Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd döyüşlərdə əzizlərini itirmiş analara təsəlli verib.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, 20 dəqiqə davam edən görüntülər Suriya prezidentinin Facebook səhifəsində yayımlanıb.

Kadrlarda öncə əsgər, tələbə və müxtəlif peşə sahibi olan övladlarını itirmis anaların faciəli həyat hekayələrindən bəhs olunur. Sonra ölkənin birinci xanımı Əsma Əsəd bu anaların arasında görünür. O, özü ana olduğu üçün bu qadınların acısını daha dərindən duyduğunu söyləyir. Əsma Suriyanı bu analara bənzədir: “Suriya da sizin kimi hüznlüdür, amma sabitqədəmdir. Övladlarını itirmiş analar kimi o da dərd içindədir. Amma bütün şəhid anaları kimi, Suriya da qürurludur. Bir gün ölkəmiz itki və dağıntılar arasından günəş kimi parlayacaq və yenidən sülh və firavanlıq içində yaşayacaq.” deyə o, əminlik hissi ilə bildirir.




Teqlər:  





Xəbər lenti