Almaniya səfiri helikopter qəzasına görə başsağlığı verib

   Almaniya səfiri  helikopter qəzasına görə başsağlığı verib
  01 Dekabr 2021    Oxunub:1024
Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması və 14 nəfərin həlak olması ilə bağlı bu gün səfir Volfqanq Maniq Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.

Məktubda deyilir: “Hörmətli Cənab Prezident!

Böyük bir kədər hissi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması xəbərini aldım. Mühüm xidməti vəzifələrini yerinə yetirərkən Sərhəd Xidmətinin əməkdaşlarının itkisinə görə dərin hüznlə başsağlığımı Sizə bildirmək istəyirəm. Fikirlərimiz, həmçinin rəhmətə gedənlərin ailələri ilədir. Cənab Prezident, izninizlə, bir daha Sizə öz xüsusi ehtiramımı izhar edirəm".

Diplomat, həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi generalı Elçin Quliyevə də başsağlığı verib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Almaniya-səfiri   Başsağlığı  





Xəbər lenti