Azərbaycanda QİÇS-dən ölənlərin sayı azalıb

Azərbaycanda QİÇS-dən ölənlərin sayı azalıb
  01 Dekabr 2021    Oxunub:815
"Azərbaycanda QİÇS-dən ölənlərin sayı ötən illərlə müqayisədə iki dəfəyə qədər azalıb"
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Nazirlik rəsmisi bildirib ki, 2018-lə müqayisə etsək sayda azalma var: “Bu da antiretrovirus terapiyanın üstünlüyü ilə əlaqəlidir”.

F.Məmmədov qeyd edib ki, ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir:

"İl ərzində müxtəlif kəskin fərq etməyən rəqəmlər qeydə alınır. Bu epidemioloji sıçrayışlar deyil. Rəqəmlər stabildir".

Aytən Zəhra
AzVision.az


Teqlər: QİÇS  





Xəbər lenti