Müşərrəf dövlətə xəyanətdə ittiham olundu

Müşərrəf dövlətə xəyanətdə ittiham olundu
  01 Aprel 2014    Oxunub:863
Pakistan məhkəməsi sabiq prezident Pərviz Müşərrəfi günahlandırıb. AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə martın 31-də France-Presse agentliyi xəbər verib.
İttiham aktı, 2007-ci ildə Müşərrəfin öz səlahiyyətlərini genişləndirmək üçün ölkədə fövqəladə vəziyyət elan etməsi əsasında hazırlanıb. Belə ki, ona 5 bənddən ibarət ittiham irəli sürülüb. Lakin keçmiş prezident bu bəndlər üzrə ilə özünü təqsirli saymır. Ölkə qanunvericiliyinə görə, dövlətə xəyanət edənə ya ölüm hökmü, yaxud ömürlük həbs cəzası verilir.

Qeyd edək ki, Pərviz Müşərrəf 1999-2008-ci illərdə Pakistanın prezidenti olub. İstefaya çıxdıqdan sonra ölkəni tərk edən Müşərrəf 2013-cü ildə geri dönərək yenidən öz namizədliyini irəli sürüb. Lakin ölkənin yenin höküməti onu bir sıra cinayət işlərində ittiham edib.


Teqlər:  





Xəbər lenti