AzTV şəhidlərə görə efir proqramını dəyişdi
Bundan başqa, ictimaiyyətin ətraflı məlumatlandırılması üçün hadisə yerinə qrup göndərilib, helikopterin qəzaya uğradığı yerdən ilk görüntülər “AzTV Xəbər”də və “Çıxışa doğru” verilişində canlı yayımlanıb.
Digər verilişlərdə helikopter qəzası ətrafında müzakirələr aparılıb. “Əsas məsələ”, “Gec də olsa” verilişlərinə mütəxəssis və ekspertlər dəvət olunub, onların “Qaraheybət” aviasiya poliqonunda baş vermiş qəza ilə bağlı fikirləri dinlənilib, bəzi məqamlara aydınlıq gətirilib, suallara cavab tapılmasına çalışılıb. AzTV həlak olan hərbçilərlə “Sərhədçi” İdman Olimpiya Kompleksində vida mərasimini birbaşa bağlantılar vasitəsilə yayımlayıb, “AzTV Xəbər”in mərasimə həsr olunmuş xüsusi buraxılışı yayımlanıb. Bundan başqa, İkinci Fəxri xiyabanda hərbçilərin dəfn mərasimindən birbaşa bağlantılar verilib.
Yaralı hərbçilər və onların ailələri də diqqətdənkənar qalmayıblar. DSX-nin hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu TV-nin canlı yayımına qoşulub, onlar səhhətləri bağlı məlumat veriblər. Hərbçilərin ailələri də “AzTV Xəbər”ə müsahibə veriblər.
Azərbaycan Televiziyası ölkə əhəmiyyətli hadisələr, xalq və dövlət üçün həssas məqamlarda dərhal reaksiya verir, verilişlərin mövzularında dəyişiklik edir, ictimaiyyətin məlumatlandırılması üçün səfərbər olur. Bundan sonra da bu siyasətin davam etdirilməsinə çalışacağıq.
AzVision.az