"Tofiq Yaqublunun bölmədə döyülməsi iddiası əsassızdır" - DİN

   "Tofiq Yaqublunun bölmədə döyülməsi iddiası əsassızdır" -    DİN
  01 Dekabr 2021    Oxunub:854
DİN Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara münasibət bildirib.
AzVision.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:

“Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qayda da araşdırılacaq”, - o qeyd edib.

DİN rəsmisi onu da əlavə edib ki, bu gün şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur:

"Saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilərək, sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir".

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti