Qazaxıstanın müstəqilliyinin 30 illiyi qeyd olunub - FOTOLAR

 Qazaxıstanın müstəqilliyinin 30 illiyi qeyd olunub -    FOTOLAR
  01 Dekabr 2021    Oxunub:1158
Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü və Müstəqilliyinin 30 illiyi münasibətilə Bakıda rəsmi qəbul keçirilib. Qəbulda dövlət rəsmiləri, deputatlar, ictimaiyyət nümyəndələri iştirak ediblər. Səfir Serjan Abdıkarimov əvvəlcə helikopterinin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Diplomat son 30 ildə ölkəsinin keçdiyi inkişaf yolundan, əldə edilmiş nailiyyətlərdən söz açıb.

Səfir bildirib ki, Qazaxıstan üçün Azərbaycan regionda birinci tərəfdaş olaraq qalır və ölkələrimiz arasında strateji münasibətlər getdikcə dərinləşəcək.

"Yeni geosiyasi reallıq, Qarabağın dinamik dirçəlişi, nəqliyyat kommunikasiyalarının açılması və yeni iqtisadi imkanlar Azərbaycanın regional lider kimi daha da çiçəklənməsinə və güclənməsinə yol açır. Qarabağda vəziyyətin sabitləşməsi Cənubi Qafqazda sabitliyə şərait yaradır, Zəngəzur dəhlizinin yaradılması Naxçıvan vasitəsilə Azərbaycanla Türkiyə arasında, daha sonra isə Avropa ilə əlaqələri gücləndirəcək. Eyni zamanda bu, ölkələmizin Xəzər liman infrastrukturunun artan potensialı üçün yeni imkanlar açır", - səfir söyləyib.

Energetika naziri Pərviz Şahbaz bayram münasibəti Azərbaycan hökuməti adından Qazaxıstan dövlətini və xalqını təbrik edib. Bildirib ki, 30 ildə Qazaxıstan böyük uğurlar əldə edib: "Ölkələrimiz dost, qardaş olmaqla yanaşı, strateji tərəfdaşdırlar. Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafı regional sabitliyə yeni töhfələr verəcəkdir".

Çıxışlardan sonra tədbir bədi hissə ilə davam edib, uşaq rəqqasların ifasında qazax milli rəqsləri təqdim olunub.








Pərvanə Sultanova
AzVision.az


Teqlər: Qazaxıstan   Müstəqillik-Günü  





Xəbər lenti