Bayden koronavirusun yeni ştamının adını deyə bilmədi

Bayden koronavirusun yeni ştamının adını deyə bilmədi
  02 Dekabr 2021    Oxunub:714
ABŞ prezidenti Co Bayden koronavirusun yeni ştamının adını səhv tələffüz edib.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb. Qəzetin yazdığına görə, mətbuat konfransında Amerika lideri ştammı bir neçə dəfə “omnikron” adlandırıb, onun yayılmasının qarşısını almaq üçün həyata keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb.

Bundan əvvəl Bayden Qlazqoda keçirilən iqlim sammitinin iclasında az qala yuxuya getmişdi. Amerika lideri bir neçə dəfə gözlərini yumsa da, heyət üzvlərindən biri onu ayıltmışdı.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti