Litvada NATO təlimləri keçiriləcək

Litvada NATO təlimləri keçiriləcək
  01 Aprel 2014    Oxunub:761
AzVision.az xarici mətbuata istinadən verdiyi məlumata görə, Litvada iki gün ərzində NATO-nun Hərbi Hava Qüvvələri ABŞ, Almaniya, Litva və İsveçin döyüş təyyarələrinin iştirakı ilə təlim keçirəcək.
Litvanın Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, hava manevrləri aprelin 1-də start götürəcək.

Nazirliyin məlumatına görə, təlimlər zamanı axtarış-xilasetmə əməlliyatlarının hazırlığı və HHQ-nin mülkü aviasiya ilə qarşılıqlı fəaliyyəti yoxlanılacaq.Təlimlərdə ABŞ-ın “F-15 Eagle” qırıcıları, “KC-135” yanacaqdolduran təyyarəsi, Almaniyanın “AWACS” radiolokasiya kəşfiyyatı təyyarəsi, Litvanın “27J Spartan” və “Mi -8” helikopterləri və İsveçrənin “Gripen” qırıcıları iştirak edəcək.

Təlimlər NATO qüvvələrinin birləşmiş komandanlığının rəhbərliyi altında Ramştain və Uedem aviabazasında keçiriləcək.


Teqlər:  





Xəbər lenti