Stoltenberq: “Ukrayna yalnız özünə güvənməlidir”

      Stoltenberq:   “Ukrayna yalnız özünə güvənməlidir”
  02 Dekabr 2021    Oxunub:665
“Ukrayna müvafiq avadanlıq və lazımi məlumatları alacaq, lakin o, təkbaşına özünü müdafiə etməlidir”.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib. O, xatırladıb ki, kollektiv təhlükəsizlik prinsipi yalnız NATO ölkələrinə aiddir, ona görə də Ukrayna, lazım gələrsə, Gürcüstan da öz ordusundan istifadə etməli və bu məsələdə yalnız özünə güvənməlidir.

“NATO Ukrayna və Gürcüstanın özlərini müdafiə etməyə imkan verəcək hərbi potensialının artırılmasına fəal töhfə verəcək. Biz təlimlər keçiririk, hər iki ölkə ilə məlumat mübadiləsi və avadanlıqlarla təmin edirik. Eyni zamanda islahatlar prosesini də dəstəkləyirik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO   Gürcüstan   Ukrayna  





Xəbər lenti