Pandemiya dünyada elmə və alimlərə inamı artırdı

   Pandemiya dünyada elmə və alimlərə inamı artırdı
  02 Dekabr 2021    Oxunub:1249
Yeni beynəlxalq sorğu göstərdi ki, 2018-ci ildən etibarən əhalinin tədqiqatçılara və elmə inam səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb.
AzVision.az bu barədə “New York Times”a istinadən xəbər verir. Qeyd olunub ki, Şərqi Asiya, Latın Amerikası, Şərqi Avropa və Cənub-Şərqi Asiyada elmə güclü etibar etdiklərini söyləyənlərin sayı 10 faiz artıb. Londonda yerləşən sağlamlıq araşdırmaları fondu “Wellcome Trust” tərəfindən dərc edilmiş hesabata əsasən, 113 ölkədə rəyi soruşulan insanların təxminən 80%-nin elmə ya “güclü” və ya “bir az” etibar etdiyini deyib. 119 min respondentin təxminən dörddə üçü alimlərə güvəndiyini bildirib .

Sorğu Amerika ictimai rəy institutu olan “Gallup” tərəfindən 2020-ci ilin avqustundan 2021-ci ilin fevralına qədər, COVID-19 peyvəndlərinin hələ sınaqdan keçirildiyi və dünyanın əksər ölkələrində ümumiyyətlə mövcud olmadığı vaxtlarda aparılıb.

İki il ərzində etimad səviyyəsində ən nəzərəçarpacaq artım elm haqqında yalnız “az” və ya “heç nə” bilmədiklərini etiraf edən insanlar arasında olub. Tədqiqat müəlliflərinin fikrincə, bu, elmi təcrübəsi az olan respondentlərin pandemiya zamanı elmin əhəmiyyətini dərk etdiyini göstərir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Koronavirus   Elm  





Xəbər lenti