Putin Ərdoğana zəng edib
Putin martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf partiyasının qalib gəlməsi münasibətilə Ərdoğanı təbrik edib.
Putin Rusiya və Türkiyə arasında mövcud olan həm iqtisadi, həm də siyasi münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərinin rəsmi olmayan nəticələrinə əsasən hakim Ədalət və İnkişaf partiyası ölkə üzrə səs faizlərinə görə rəqiblərini geridə qoyub.