"UNESCO-nun faktaraşdırıcı missiya göndərməsini gözləyirik" - Prezidentin köməkçisi

   "UNESCO-nun faktaraşdırıcı missiya göndərməsini gözləyirik" -    Prezidentin köməkçisi
  02 Dekabr 2021    Oxunub:1692
"Bu gün mədəniyyətlər arasında əməkdaşlıq vacibdir".
AzVision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə çox şeyləri dəyişdi:

"44 gün davam edən müharibədə Azərbaycan qalib gəldi və Cənubi Qafqazda böyük imkanlar açıldı. Bizim əsas məqsədimiz sülh əldə etməkdir. Azərbaycan tərəfi Ermənistanla sülh yolu ilə bu münaqişəni həll etmək istəyirdi. İndi də bizim əsas məqsədimiz dayanıqlı sülhü təmin etməkdir.

Belə sistem yaratmaq istəyirik ki, bizə müxtəlif cür əməkdaşlıq formatını yaratmağa imkan yaransın. Artıq Cənubi Qafqazda ticarət yolları və marşrutlar açılacaq. İşğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsi dağıdılıb. Sistematik olaraq Azərbaycanın mədəni irsinin dağıdılması halları ilə rastlaşmışıq. Mədəni obyektlər, mədəni irs dağıdılıb, məhv edilib. Biz buna beynəlxalq təşkilatları da cəlb etmək istəyirik. Biz gözləyirik ki, UNESCO bu ərazilərə faktaraşdırıcı missiya göndərsin və o ərazilərə öz rəyini versin. Azərbaycanın UNESCO-da icraiyyət komitəsinə üzv seçilib

AzVision.az


Teqlər: Qarabağ   YUNESKO  





Xəbər lenti