Kliçko Timoşenkoya qarşı çıxdı
Vitali Kliçko hesab edir ki, Timoşenko prezidentliyə namizədliyini irəli sürmüş Petr Poroşenkonun xeyrinə seçkilərdə iştirak etmək fikrindən daşınmalıdır.
“Bu gün ölkədə əksəriyyət Petr Poroşenkonu dəstəkləyir. Mən də həmçinin. Timoşenko bunları nəzərə almalı, namizədliyini geri götürməli, Poroşenkonu dəstəkləməlidir”, deyə Kliçko bildirib.
Vitali Kliçko qeyd edib ki, Timoşenkonun prezident seçkilərindən imtina etməsi ölkədə ciddi dəyişikliklərə səbəb olacaq: “Seçkilərdən sonra Ukraynada islahatlar paytaxt Kiyevdən başlayacaq. Çünki digər şəhər və rayonların inkişafı Kiyevdən asılıdır”.
Xatırladaq ki, Vitali Kliçko Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərindən sonra Kiyevin meri olacağına ümid edir.
Teqlər: