Ermənistanda əsgər və zabit çatışmır

   Ermənistanda əsgər və zabit çatışmır
  02 Dekabr 2021    Oxunub:944
Ermənistan tarixində ilk dəfə ehtiyatda olan şəxslərin ən böyük miqyaslı hərbi toplantısı keçirilib. Üç aylıq hərbi toplantı sentyabrın əvvəlində elan olunmuşdu.
erməni mediasına istinadən xəbər verir ki, hərbi toplantılara motoatıcı, raket-artilleriya, hava hücumundan müdafiə və radio-elektron mübarizə, rabitə, kəşfiyyat, mühəndis-texniki, arxa cəbhə və topoqrafiya sahələri üzrə ehtiyatda olan mükəlləfiyyətçilər cəlb olunublar. Bu toplantılarda əsas məqamlardan biri də ehtiyatda olanların ilk dəfə ön cəbhədə döyüş növbətçiliyinə göndərilməsidir.

Hərbi toplantılarda iştirak edən politoloq Armen Vardanyan bu toplantıların keçirilməsinin əsas səbəbini Ermənistanda əsgər və zabitlərin çatışmazlığı ilə izah edib.

- Azərbaycanla müharibədən sonra sərhəd daha da uzanıb və sadəcə müddətli xidmət keçən əsgərlərin çatışmazılığı yaranıb. Daha bir vəzifə 44 günlük müharibədən sonra çox ciddi şəkildə azalan zabit heyətinin sıralarını doldurmaqdır. Hərbi toplantılarda əvvəllər hərbi qulluqçu olmuş və indi də hərbi xidmətə qayıtmaq istəyən adamlar iştirak ediblər. Üçüncü vəzifə isə ehtiyatda olan mükəlləfiyyətçilərin hərbi hazırlığının qorunub-saxlanmasıdır, - Vardanyan deyib.

Erməni politoloq erməni silahlı qüvvələrinin yeni modelinin yarıprofessional ordu təsiri bağışlayacağını da bildirib. Belə ki, indi bu orduda müddətli xidmət keçən əsgərlər və müqavilə əsasında xidmət keçən hərbçilər olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   ordu  





Xəbər lenti