Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb
Bildirilib ki, Metroplitendə Polis Şöbəsinə noyabrın 24-də “Gənclik” stansiyasında paytaxt sakini Ş.Rəcəbovanın mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini A.Xəlilov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
AzVision.az
Teqlər: Metro