Qeyd olunub ki, onların səfərində məqsəd Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşmək və şəhərin vəziyyəti ilə yaxından tanışlıq olub.
Nümayəndə heyəti Ağdamda yerləşən Pənahəli Xan Sarayı və türbələri, Dram Teatrı, Çörək muzeyi və Cümə məscidinin dağıntıları ilə tanış olublar. Səfirlər, həmçinin şəhərin yenidən qurulması planları ilə də tanış olublar. Səfir Liztenberger hər iki tərəfdən insan itkiləri ilə bağlı ailələrə və onların yaxınlarına başsağlığı verib. Bildirib ki, Azərbaycan bu ərazini yenidən bərpa etmək üçün böyük çətinliklərlə üzləşir.




Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


