"ATƏT Cənubi Qafqazda əməkdaşlığın inkişafını dəstəkləyir" - Sədr

"ATƏT Cənubi Qafqazda əməkdaşlığın inkişafını dəstəkləyir" -    Sədr
  02 Dekabr 2021    Oxunub:953
"ATƏT Cənubi Qafqaz ölkələri arasında regional əlaqələrin inkişafının tərəfdardır”.
AzVision.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ATƏT-in xarici işlər nazirlərinin iclasında deyib.

“ATƏT Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması yollarını dəstəkləyir. Biz, həmçinin inanırıq ki, regionun üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan münasibətlərin inkişafı üçün böyük potensiala malikdir. ATƏT bu istiqamətdə addımlar atmağa və prosesə töhfə verməyə hazırdır”, - Linde söyləyib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ATƏT  



Xəbər lenti