Təl-Əviv ən “bahalı” şəhər oldu
- Keçən il reytinq cədvəlində beşinci yeri tutan Təl-Əviv, bu il ilk dəfə birinci yerə çıxıb. Şəhərdə qiymətlərin yüksəlişi əsasən şekelin – İsrailin milli valyutasının ABŞ dollarına münasibətdə kursunun yuxarı olması, ərazaq mallarına və nəqliyyat xidmətlərinə qiymətlərin artması ilə bağlıdır, - qurumun saytında yerləşdirilən press-relizdə deyilir.
Qiymətlərin kəskin artımı reytinq cədvəlində 79-cu yerdən 29-cu yerə qalxan Tehranda da müşahidə olunur ki, bunun da əsas səbəbi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardır.
Tədqiqatın nəticələrinə görə, ən aşağı qiymətlər Suriyanın paytaxtı Dəməşqdə və Liviyanın paytaxtı Tripolidə qeydə alınıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Təl-Əviv bahalışəhər







Vaxtında, Aydın, Lazımlı!


