“Qarabağ”ı gözləyən təhlükə
Əslində, son tura kimi “Qarabağ” liderliyi təmin etməliydi. Keçən həftə “Bazel”in Qazaxıstanda xal itirməsi təmsilçimizin yolunu açacaqdı. Lakin “Kayrat”ın məğlub olması üçün hər şey edən gürcü hakimlər ağdamlıların “Omoniya” ilə qarşılaşmaya fərqli əhvalda çıxmasına səbəbkar oldu. Əminik ki, isveçrəlilər büdrəsəyi, “Qarabağ” kiprlilərə qarşı fərqli motivasiya olunub qrup liderliyini rəsmiləşdirəcəkdi. Lakin 2 saat öncə başlayan oyunda elə ssenari yaşandı ki…
“Qarabağ” “Omoniya” ilə matça çıxarkən, istənilən halda hər şeyə İsveçrədə aydınıq gələcəyini bilirdi. Bununla belə, təmsilçimiz ən azı qrup lideri olub səfərə heç-heçə dalınca yollanmalıydı. Şahruddin Məhəmmədəliyevin son dəqiqələrdəki səhvi öz yerində, matç boyunca hakimlər qonaqların xal qazanması üçün hər şey etdi. Təqdim etdiyimiz videoya baxanda özünüz də buna şahid olacaqsız.
“Bazel”in irəli çəkilməsi hələ 4-cü turdan başlanmışdı. “Qarabağ”ın qələbələri sıraladığını görənlər onun əsas rəqibinə yardıma Kiprdə start vermişdi. Astanda isə…
• “Omoniya” – “Bazel” oyunu. 57-ci dəqiqədə isveçrəlilərin müdafiəçisi cərimə meydançasında “Omoniya”nın hücümüçüsunu kobudluqla saxlayır. Lakin hakimin fiti susur. Həmin epizodun davamında, cəmi 40 saniyə sonra “Bazel” bərabərlik qolunu vurur.
• “Kayrat” – “Bazel” oyunu. Hesab 2:2 olarkən, oyunun 70-ci dəqiqəsində İsveçrə təmsilçisinin 7 nömrəli futbolçusu Paytim Kasami “Kayrat”ın hücumçusuna qarşı cərimə meydançasında kobud oynayır. Bu epizodda aşkar penalti olduğu görünür. Üstəlik, sarı vərəqə – bu isə Kasaminin meydandan qovulması demək idi. Çünki bu epizoda qədər onun passivində sarı vərəqəsi var idi… 3 dəqiqə sonra “Bazel” qələbə qolunu vurur, qolun müəllifi isə məhz Kasami olur.
• Yenə “Kayrat” – “Bazel” oyunu. İsveçrə təmsilçisi 3-cü qolu vurduqdan 1 dəqiqə sonra yenə “Kayrat”ın hücümuçusuna qarşı cərimə meydançasında kobudluq olur. Bu dəfə də hakimlər “davam” deyir. Epizod zamanı hakimin verdiyi qərar hətta səbirli davranışları ilə seçilən Qurban Berdiyevi də özündən çıxarır.
• “Omoniya” ilə görüşdə “Qarabağ”ın əlehinə olan qərarlar da yetərincə idi. Abdullah Zubir iki epizodda aşkar kobudluğa məruz qalır, hakim “davam” deyir, “Qarabağ” qol vurur, hakimlər mübahisəli qərarla bu qolu qeydə almır. “Omoniya”nın müdafiçisi cərimə meydançasında əllə oynadıqda da hakim bunu “görmür”. Və ən əsas epizod – hesab 0:0 olarkən “Omoniya”nın futbolçusu Mixal Durişin Abbas Hüseynova qarşı hərəkəti – hakim sambo fəndinə görə yalnız sarı vərəqə ilə kifayətlənir.
Bütün bunları nəzərə alsaq, “Qarabağ”ı İsveçrədə nələrin gözlədiyini təsəvvür etmək çətin deyil. Yəqin ki, hakimlər yenə ağdamlıların qrup lideri olub, birbaşa 1/8 finala yüksəlməməsi üçün mümkün olan hər şeyi edəcək. Yaxşı ki, ağdamlılar minimum vəzifənin öhdəsindən çoxdan gəlib, əks halda, vaxtilə Bakıda Milan “İnter”iylə oyundakı haqsızlıq zamanı yaşadığımız məyusluq təkrarlanacaqdı.