Ermənilər Yeni ili bayram etməyəcəklər

Ermənilər Yeni ili bayram etməyəcəklər
  02 Dekabr 2021    Oxunub:1219
Bu il Ermənistan paytaxtında Yeni il bayramı ilə bağlı təşkil olunan ənənəvi tədbirlərdə dəyişikliklər ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, İrəvan Meriyası Yeni il tədbirləri və atəşfəşanlıq planlaşdırmır. Həmçinin, heç bir bayram yarmarkası və küçələrin işıqlandırılması da olmayacaq.

Amma meriya Yeni il və Milad bayramı münasibətilə Respublika meydanında uşaqlar üçün ölkənin əsas yolkasının quraşdırılmasına qərar verib. Paytaxtın inzibati rayonlarında da yeni il yolkası quraşdırılacaq.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət alan Ermənistanın itkiləri o qədər çox olub ki, hələ də işğaldan azad edilmiş ərazilərdən cəsəd qalıqları tapılır. Bu səbəbdən də bir ildən çoxdur ki, İrəvanda bayramlar qeyd edilmir, yaxud da formal keçirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti