Lukaşenko: "Putin mənim doğma qardaşımdır"

   Lukaşenko:    "Putin mənim doğma qardaşımdır"
  02 Dekabr 2021    Oxunub:980
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə olan münasibətlərindən danışıb.
AzVision.az xəbər verir ki, o RİA Novosti-yə verdiyi müsahibədə rusiyalı həmkarını özünün qardaşı adlandırıb.

- O mənə dostdan da irəlidir. Biz doğma qardaşıq və dünyanı eyni cürə görürük,-Belarus prezidenti deyib.

Qeyd edək ki, Lukaşenko əvvəllər də Vladimir Putinlə dostluq münasibətlərinə malik olması barədə bir neçə dəfə açıqlama verib.

Tural Tağıyev

AzVision.az



Teqlər: Putin   Lukaşenko  





Xəbər lenti