Nazirlər "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə edib
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq platformalarda, habelə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğu qeyd edilib. Tərəflər, ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, iqtisadi-ticarət sahələrində mövcud potensiala uyğun olaraq əlaqələrin inkişafının vacibliyi, o cümlədən ölkələrimiz arasında iqtisadi, yaşıl enerji, yüksək texnologiyalar, təhsil, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Görüşdə, o cümlədən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Tərəflər, bu xüsusda Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Qarşı tərəf Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın, daha da genişləndirilməsi və dərinləşdirilməsinin böyük əhəmiyyətini vurğulayıb. Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
AzVision.az