"Ermənistan silahlı qüvvələrini Azərbaycandan tam çıxarmayıb" - Ceyhun Bayramov

   "Ermənistan silahlı qüvvələrini Azərbaycandan tam çıxarmayıb" -    Ceyhun Bayramov
  02 Dekabr 2021    Oxunub:1840
“Ermənistanın üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərini pozmağa davam etməsi ciddi narahatlıq doğurur”.

AzVision.az xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.
C. Bayramov bildirib ki, münaqişənin başa çatması Ermənistan və Azərbaycan arasında yaxşı qonşuluq əlaqələrinin yaradılması üçün unikal fürsətlər yaradır:

“Münaqişənin başa çatması Ermənistan və Azərbaycan üçün ərazi bütövlüyü və suverenliyinə hörmət və qarşılıqlı tanıma, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında yaxşı qonşuluq və dövlətlərarası əlaqələr qurmaq fürsəti təqdim edir. Azərbaycan buna hazır olduğunu dəfərlərlə vurğulayıb və münaqişənin başa çatmasından dərhal sonra praktiki olaraq dərhal bir neçə birtərəfli addımlar atıb. Ermənistan isə buna hələ də qarşılıq verməyib. Ermənistanın üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərini pozmağa davam etməsi ciddi narahatlıq doğurur. Ermənistan hələ də 10 noyabr üçtərəfli bəyanatına əməl etməyib və silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələriinin bərpasının gecikməsi dayandırılmalıdır. Bu bütün tərəflər üçün geniş iqtisadi faydaları ilə yanaşı önəmli etimad inşası və münaqişə sonrası normallaşma tədbiridir”.

Nazir Ceyhun Bayramov qeyd edib ki, Zəngəzur dəhlizi sadəcə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkəti üçün deyil, həm də Azərbaycan və Ermənistan arasında hər iki istiqamətdə nəqliyyat əlaqələrini bərpa edilməsinə, sülh və əməkdaşlığa xidmət edəcək və bütün region üçün misli görünməmiş fürsətlər yaradacaq.


Teqlər: XİN  





Xəbər lenti