Ceyhun Bayramov: "İki ölkə arasında sülh əlçatan olub"

      Ceyhun Bayramov:  "İki ölkə arasında sülh əlçatan olub"
  02 Dekabr 2021    Oxunub:1463
“Ermənistan hələ də silahlı qarşıdurmaların başladığı 1990-cı illərin əvvəllərində itkin düşən 4 minə yaxın azərbaycanlının yerləri ilə bağlı öhdəliklərini yerinə yetirməyib”.
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib. O bildirib ki, bu öhdəliklərin yerinə yetirilməsi keçmiş münaqişənin yaralarının sağalması üçün vacibdir.

Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə ədalət və qaydalar Ermənistanın güc yolu ilə beynəlxalq hüququ pozaraq yaratdığı dırnaqarası reallığın yerini alaraq bərpa edilib və nəticədə iki ölkə arasında sülh əlçatan olub.

AzVision.az



Teqlər: Ermənistan   Sülh  





Xəbər lenti