Ceyhun Bayramov: "Azərbaycan məsələlərin dialoq yolu ilə həllinə tərəfdardır"
Nazir Azərbaycanın Ermənistanla ikitərəfli münasibətlərin qurulmasına aid məsələlərin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu həmkarının diqqətinə çatdırıb.
Nazir beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə dəstək verilməsinin vacibliyini vurğulayaraq, birtərəfli və qərəzli yanaşmaların bu səylərə töhfə vermədiyini bildirmiş xarici ölkələrin ictimaiyyəti, o cümlədən qanunverici strukturlarının regiondakı münaqişədən sonrakı normallaşma prosesi kontekstində maraq doğuran məsələlər barəsində hərtərəfli və dolğun məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.
AzVision.az
Teqlər: XİN