İrəvanda cəsəd alverçiləri ifşa edildi: Əsgər analarından pul alınıb

 İrəvanda cəsəd alverçiləri ifşa edildi: Əsgər analarından pul alınıb
  03 Dekabr 2021    Oxunub:1809
Erməni deputat Naira Zöhrabyan keçmiş qondarma rejimin rəhbəri Arayik Arutyunyanın həbs ediləcəyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə yerli mediaya açıqlama verən müxalif deputat Arutyunyanın məsuliyyətə cəlb edilməsi üçün konkret faktın olduğunu da gizlətməyib.

- Bu gün 44 günlük müharibədə həlak olan Hayk Melikyanın dəfn mərasimi oldu. Hayk Coranın topçulardan biri idi. O, anası ilə sonuncu dəfə ötən il oktyabrın 10-da danışıb və iki gün sonra öldürülüb. Anası oğlunun skeletini müharibə bitdikdən 1 il sonra tapdı.
Bu müddət ərzində və elə indinin özündə də Haykın anası cəhənnəmdən keçib getdi.

Erməni generallar yüzlərlə əsgəri öldürüb: MTX araşdırmalara başladı
Vahan Şirxanyan kimilər isə belə anaların dərdlərindən istifadə etməyə çalışaraq cəhənnəmə gedirlər. Şirxanyanın göndərdiyi əclaf Haykın anasına pula görə oğlanın sağ olması, Bakıda həbsxanada saxlanılması və ayağından yaralanması barədə mütəmadi olaraq yalan məlumatlar verirmiş. Hansı ki, Hayk çoxdan öldürülmüşdü.

Bu gün əsgər dəfn edildi. Milli Təhlükəsizlik Xidmətinə isə sualım var: Vahan Şirxanyan heç olmasa xalqın dərdindən istifadə edən biri kimi sorğu-sual edilibmi? Cənab Abazyan heç olmasa ölçüyəgəlməz faciədən pul qazanmaq üçün göndərdiyi fırıldaqçılar şahid kimi dindirilibmi? Cəlal Arutyunyan da bundan sonra Coranın topçu oğlanlarının dəhşətli ölümünə görə məsuliyyət daşıyacaq,-erməni deputat deyib.

Qeyd edək ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda əsgər və zabitlərin kütləvi ölümləri ilə bağlı xeyli sayda müəmmalı xəbərlər dolaşır. Müharibədə sağ qalan döyüşçülər tez-tez general və komandirlərini səriştəsizlikdə qınayır, yaxud da döyüş meydanından qaçmaqda suçlayırlar. Bir sıra siyasətçi və müxalifətçilər isə hələ də Azərbaycan torpaqlarından cəsəd qalıqlarının tapılmasını döyüşlər zamanı ordunun başlı-başına buraxılması ilə əlaqələndirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Deputat   Topçu   Ermənistan   Cəsəd  





Xəbər lenti