Bu gün 5 türmədən 114 məhkum azadlığa buraxılacaq

 Bu gün 5 türmədən 114 məhkum azadlığa buraxılacaq
  03 Dekabr 2021    Oxunub:1959
"Bu gün Pentensiar Xidmət üzrə 5 cəzaçəkmə müəssisəsindən 114 məhkum azadlığa buraxılacaq".
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Xatırladaq ki, 5 noyabr tarixindən başlayan Amnistiya 4 ay müddətində davam etdiriləcək.

AzVision.az


Teqlər: Cəzaçəkmə  



Xəbər lenti